Avqustun 28-də Bakıda ölümlə nəticələn bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər sakini, 22 Elşən Piriyev Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində təmir işləri apardığı evdə elektrik cəryanı vurması nəticəsində ölüb.
Digər bir hadisə isə Suraxanı qəsəbəsində olub. Rəvanə Əliyeva evində qida zəhərlənməsindən dünyasını dəyişib.
Hər iki fakta bağlı araşdırılma aparılır.