Bakıda iki yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, BakıNIN Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan, taxta konstruksiyalardan ibarət birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Paytaxtın Yasamal rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 kv.m sahədə, 1 ədəd kondisioner və televizor yanıb. Yüksək temperaturdan dəhliz 10 kv.m sahədə qarsalanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.