Bakıda soyğunçuluq əməli törətmiş iki nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 9-da Səbail rayonunun Badamdar qəsəbəsində Şamaxı rayon sakinləri Natiq İbadov və əmisi oğlu Orxan İbadov Bakı şəhər sakini Emin Fərzəliyevdən pulunu və mobil telefonunu açıq talama yolu ilə alıb hadisə yerini tərk etmək istəyərkən 41-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıblar.
Araşdırma aparılır.