Bakıda idmançının rinqdə ölümü ilə bağlı cinayət işi açıldı
29 mart 2015 15:17 (UTC +04:00)

Bakıda idmançının rinqdə ölümü ilə bağlı cinayət işi açıldı

0

Bakıda yarış zamanı idmançının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Lent.az Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun birgə məlumatına istinadən xəbər verir ki, martın 27-də Hövsan qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar