Dünən saat 06:20 və 08.00 radələrində 7 saylı cəzaçəkmə müəssisəsinin ərazisinə kənardan iki ədəd bağlama atılıb. Lent.az Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, xidmətin baş idarəsinin əməliyyat-rejim aparatının əməkdaşları əşyaların aşkar olunduğu və atılması ehtimal edilən müəssisəyə yaxın ərazilərə baxış keçirərək, həmin bağlamaların içərisindən işlək vəziyyətdə iki ədəd “Nokia” markalı mobil telefon aparatı olduğunu müəyyən ediblər.
Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.