Bakı sakini işlətdiyi obyektə külli miqdarda ziyan vurulması ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, 1980-cı il təvəllüdlü Muxtarov Aris Elyas oğlu 8-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, Badamdar qəsəbəsi, Məktəbli küçəsi 2 ünvanında yerləşən və ona məxsus olan hamam kompleksinə külli miqdarda ziyan vurulub. Şikayətçinin sözlərinə görə, obyektin qonşuluğunda yerləşən və Fərhad adlı şəxsin işlətdiyi avto-təmir sexində təmir işləri aparılarkən hamama gələn qaz borusu və sayğac dağıdılıb. Bu səbəbdən obyektin qazla təminatında da problem yaranıb.
Hazırda müraciət əsasında araşdırma aparılır.