Martın 26-da saat 04:30 radələrində Nərimanov rayonu Teymur Əliyev küçəsi 23 ünvanında yerləşən və Amanov Faiq Hilal oğluna məxsus “Lardini” geyim mağazasından oğurluğa cəhd edilib. Lent.az-ın Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, obyektin giriş qapısının sındırıldığı aşkar edilib. Operativ tədbirlər nəticəsində obyektdən oğurluğa cəhd edənlər: 1966-cı il təvəllüdlü Heybətov Etibar Bilal oğlu, 1987-ci il təvəllüdlü Heydərov Tural Adışirin oğlu, 1980-cı il təvəllüdlü Gözəlov Xalid Hacı oğlu və 1982-ci il təvəllüdlü Mehdiyev Zamiq Zabit oğlu hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Onlardan bir ədəd kəlbətin və bir ədəd xüsusi dəmir alət götürülüb.
Onların digər oğurluqlarda iştirakı məsələsi araşdırılır. Hadisə yerinin yaxınlığında onlara məxsus “Volkswagen-Passat” markalı Az 99 HU 612 dövlət qeydiyyat nömrəli avtomaşın aşkar edilib.
Faktla bağlı Nərimanov RPİ-nin 16-cı PB-də araşdırma aparılır.