Bakıda 15 gün öncə baş verən qətl hadisəsinin üstü açılıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.
Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5. ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.
Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.