Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 13-də Bakı şəhər sakini Nazim Mirzəliyevə məxsus evdən 650 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Amin Abdullayev və Elmir Mirzəliyev tutulub.
Araşdırma aparılır.