Bakıda mənzildən qadın meyiti tapılıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda mənzildə vətəndaş bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və vətəndaşın cəsədini aşkar ediblər. Naməlum qadın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:51-də başa çatıb.