Bakıda mənzildə meyit tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda mənzildə 1942-ci il təvəllüdlü Natkino Lyudmillanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açaraq, N.Lyudmillanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:13-də başa çatıb.