Bakıda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 1 otaqlı evin 80 kv.m dam örtüyü və ev əşyaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.