Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxslər tutuldu
13 iyun 2019 13:42 (UTC +04:00)

Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxslər tutuldu

0
Paytaxtda əcnəbinin pulunu və sənədlərini oğurlayan şəxslər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə,  Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıb.
 
Araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 897

Oxşar yazılar