Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib.
Suraxanı rayonu 30-cu polis bölməsindən verilən məlumata görə, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalov Quba rayonundan olub. Polis bölməsi Qubanı təmsil edən idmançının döyüş vaxtı öldüyünü təsdiqləyib. Belə ki, ölüm faktı Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı baş verib.
Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.