Dəmir qapı oğruları tutuldu
11 aprel 2015 12:01 (UTC +04:00)

Dəmir qapı oğruları tutuldu

0

 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 3-də Bakı şəhər sakini Əli Təhməzova məxsus Hökməli qəsəbəsi yeni yaşayış massivində yarım tikili evin dəmir qapısını oğurlamaqda şübhəli bilinən  Abşeron rayon sakinləri Şirəli Vidadi oğlu Bircəliyev və Vasif Vəliyulla oğlu Məmmədcəfərov tutulublar.  Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən olunub ki, onlar martın 15-də Cəlilabad rayon sakini Cəmil Şükürovun həmin qəsəbədə yeni inşa edilən evindən 2 ədəd dəmir qapını sökərək aparıblar. \

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar