Bakıda dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - <span style="color:red;">YENİLƏNİB
30 sentyabr 2014 11:34 (UTC +04:00)

Bakıda dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB

0

Bu gecə Bakıda baş vermiş dəhşətli qəzada dünyasını dəyişən 4 nəfərdən ikisinin şəxsiyyəti məlum olub. Lent.az-ın məlumatına görə, Sabunçu-Zabrat yolunda "VAZ 21 02" markalı minik avtomobilinin "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Əliyev Elçin Nizaməddin oğlu və sərnişini, 1968-ci il təvəllüdlü Məmmədov Qəhrəman Qafar oğlu dünyasını dəyişib. Həmin avtomobildə olan digər iki sərnişin: bir kişi və bir qadının isə kimliyini müəyyən etmək hələ də mümkün olmayıb.

 

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

 

*****

 

6:47

 

 

APA-nın məlumatına görə, hadisə  şəhər  şosesində  qeydə  alınıb. Elçin Alıyev  idarə  etdiyi  "VAZ 2102"  markalı  avtomobillə  Maştağa  istiqamətində   yüksək  sürətlə hərəkətdə  olarkən idarəetməni  itirib və   yolun  kənarında  dayanan  “KAMAZ” a arxadan  çırpılıb. Nəticədə  avtomobildə  olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə  yerindəcə  dünyalarını dəyişiblər.

 

Dərhal hadisə yerinə FHN-nin xilasediciləri , Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları  və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

 

Hadisənin baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq "VAZ 2102" avtomobilinin    sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8592

Oxşar yazılar