Bakıda dəhşətli hadisədə yananlardan daha biri keçindi – ölənlərin sayı 3 oldu
19 may 2014 12:31 (UTC +04:00)

Bakıda dəhşətli hadisədə yananlardan daha biri keçindi – ölənlərin sayı 3 oldu

Mayın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində baş vermiş güclü partlayış zamanı yanan şəxslərdən daha biri ölüb. Lent.az-ın məlumatına görə, orada işləyən İran vətəndaşları Murtuza Əlizadə və Bakı sakini Mahrux Hüseynovanın ardınca Mustafa Əlizadənin də həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralı, İran vətəndaşı Cəccat Ovcani isə ağır vəziyyətdə Tehrana aparılıb.

Qeyd edək ki, xəstəxanada ölən Mustafa və Murtuza Əlizadələr qardaş olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Nizam Rza

Oxşar yazılar