Bakıda bu küçə təmirə bağlanır
03 iyun 2016 18:17 (UTC +04:00)

Bakıda bu küçə təmirə bağlanır

0

 

 

Bakıda daha bir küçə təmir işləri ilə bağlı hərəkətə tam bağlanacaq.

 

 

“Azəravtoyol” ASC-dan Lent.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi ( Dakar meydanı ) iyun ayının 4-ü səhər saatlarından hərəkətə tam bağlı olacaq. 

 

Əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı bir məhdudiyyət tətbiq edilmir.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etməklərini tövsiyyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar