Bakıda daha bir avtobus qəzası: <span style="color:red;">ölən və yaralananlar var
19 mart 2016 12:08 (UTC +04:00)

Bakıda daha bir avtobus qəzası: ölən və yaralananlar var

 

 

Bakıda daha bir avtobus qəzası baş verib.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb. Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar