Bakıda cibgirliklə məşğul olan şəxslər yaxalandı
29 fevral 2016 12:44 (UTC +04:00)

Bakıda cibgirliklə məşğul olan şəxslər yaxalandı

0

Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il avqustun 18-də 104 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülnarə Abbasovanın əl çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Elməddin Hüseynov tutulub.

 

Bundan başqa Yasamal RPİ CAŞ, NMB və 29-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik cinayətlərində şübhəli bilinənlər - Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Saleh Abbasovdan 0,196, Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyevdən 0,256 və Xızı rayon sakini, 1985-ci il təvəllüdlü Qulu Haqverdiyevdən 0,273 qram heroin götürülüb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar