Aprelin 3-4-də Bakıda BMÜTT-nin Avropa Komissiyasının 57-ci iclası və “Səmərəli turizm klasterlərinin inkişafı” üzrə seminarı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu qərar Avropa Komissiyasının 56-cı iclasında qəbul edilib və bununla əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə BMÜTT-nin Baş katibi Taleb Rifai arasında tədbirin Bakıda keçirilməsinə dair saziş imzalanıb.
İclasda 31 ölkənin nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində Ə. Qarayevlə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Xəlil Akınçı, Monteneqronun Davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Xorvatiyanın turizm naziri Darko Lorencın, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçski, Litvanın İqtisadiyyat naziri Evaldas Güstas arasında ikitərəfli görüşlər nəzərdə tutulur.