Bakıda biznesmen qardaşlar insanları qul kimi işlədirmiş – RƏSMİ
03 may 2016 12:07 (UTC +04:00)

Bakıda biznesmen qardaşlar insanları qul kimi işlədirmiş – RƏSMİ

Bakıda insanları zorla öz təsərrüfatında işlədən şəxslər müəyyənləşdirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar