Bakıda evlərdən silah-sursat götürülüb
21 yanvar 2016 15:11 (UTC +04:00)

Bakıda evlərdən silah-sursat götürülüb

Bakıda bir neçə evdə axtarış aparılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı “TT” markalı  tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

 

Bundan başqa Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı idarəsi əməkdaşlarının yanvarın 12-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron aşkar edilərək götürülüb. V.Ağayevin yaxınlarından biri “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı könüllü olaraq BBPİ-yə təhvil verib və bu silahın da V.Ağayevə məxsus olmasını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar