Bakıda quldurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 8-i saat 16 radələrində naməlum şəxslər Səngəçal qəsəbəsində Namiq Mirağayevi döyərək, 570 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilinin açarlarını götürərək qaçıblar.
Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Tural Talıblı, Səyyad Mirzəyev, Seymur Zalov və Ülkər Quliyeva tutulublar.
Faktla bağlı araşdırma davam etdirilir.