Bakıda bıçaqlanma olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də Bakı şəhər sakini Fərhad İbrahimova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Cavadxan Məmmədov tutulub.
Araşdırma aparılır.