Bakıda baş verən qəzada ölən üç nəfərin adı məlum olub
18 aprel 2015 10:26 (UTC +04:00)

Bakıda baş verən qəzada ölən üç nəfərin adı məlum olub

0
Bakıda baş verən yol qəzasında ölən şəxslərin kimliyi müəyyənləşib.

 

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sürücüsü məlum olmayan “Lifan” markalı avtomobilin qəzaya uğraması nəticəsində avtomobildə olan Bakı şəhər sakinləri, 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov hadisə yerində ölüblər.

 

Qeyd edək ki, ötən gün Ziya Bünyadov prospektində “Lifan” markalı avtomobil işıq dirəyinə çırpılıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 187

Oxşar yazılar