Bakıda azyaşlı bədbəxt hadisənin qurbanı olub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə martın 18-də Binəqədi rayonunda, Cavadxan küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan azyaşlı Ələkbər Zərbəliyev yaşadığı evin pəncərəsindən (6-cı mərtəbədən) yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.