Dekabrın 2-də axşam saatlarında itkin düşən, 1986-cı il təvəllüdlü Aytac Zeynalova tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumatına görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zeynalovanın yeri müəyyən edilib.
28 yaşlı qızın qeydiyyatda olduğu ünvana qayıtması təmin edilib.