Bakıda axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, DİN TŞX, Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 30-na keçən gecə, Əmircan qəsəbəsində Yaşar Nəbiyevə məxsus «Kamaz» markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Mətləb Həsənov tutulub.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Vüqar Ukalayev saxlanılıb. Bu maddə ilə axtarışda olan 1959-cu il təvəllüdlü İlham İsmayılov və 1982-ci il təvəllüdlü Razim Rzayev isə Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bundan başqa Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad Qasımov tutulub.