Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs xəstəxanada ölüb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 20-də Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Hafiz Düşdurov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Qulu Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş Q.Əzizov martın 15-də orada ölüb.