Bakıda avtobusda kişilər qadının çantasına girdi
03 may 2016 12:30 (UTC +04:00)

Bakıda avtobusda kişilər qadının çantasına girdi

0

Bakıda avtobusda oğurluq əməli törətmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 2-də Nəsimi rayonu ərazisində 83 N-li xətt avtobusunda Bakı şəhər sakini Nigar Əhmədovanın çantasından pul və sənədlər oğurlanıb.

 

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş Səbuhi Hüseynov və Ceyhun Seyidbəyov tutulublar.

 

C.C.Seyidbəyovdan 1,251 qram, S.Hüseynovdan isə 1,574 qram heroin götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar