Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan xeyli şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər (onlardan 7-si qadın, 39-u azyaşlı) saxlanılıb.
Saxlanılanlar Bakı BPİ MTM-ə təhvil verilib.