Bakının Binəqədi rayonunda yanğın hadisəsi olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan aptekin sanitar qovşağında 1 ədəd elektrik şəbəkəsi yanıb.
Aptek yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.