Bakıda ağac aşaraq yolu bağlayıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə Dərnəgüldə, "Elite" ticarət mərkəzinin qarşısında baş verib. Bu ilin may ayında adıçəkilən ərazidə qəza baş verib. Sərnişin avtobusu yoldakı hündür şam ağacına çırpılıb. Nəticədə ağac əyilib. Həmin vaxtdan bəri ağac əyilmiş formada yolda qalıb.
Nəhayət, külək ağacın kökünü boşaldıb. Nəticədə bu gücə ağac aşıb və yolun bir hissəsi bağlanıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının hadisə yerinə göndəriləcəyi və ağacın kəsiləcəyini deyiblər.