Bakıda <span style="color:red;">12 MİLYON MANATLIQ  cinayət – <span style="color:red;">EKSKLÜZİV
19 may 2014 11:53 (UTC +04:00)

Bakıda 12 MİLYON MANATLIQ cinayət – EKSKLÜZİV

Lent.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayon sakini, “Çənbərəkənd” MMC-nin sabiq direktoru Məmmədov Xanlar Xanbaba oğlu polisə müraciət edərək, ona məxsus olan mülkiyyətin başqası tərəfindən ələ keçirildiyi bildirib. X.Məmmədov bildirib ki, MMC-yə rəhbərlik etdiyi müddətdə, şirkətin icraçı direktoru olan 1957-ci il təvəllüdlü Mustafayev Sərdar Nürəddin oğlu etibardan sui-istifadə edərək möhürlərin surətini çıxardıb. S.Mustafayev həmin möhürlərdən istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq MMC-nin Badamdar qəsəbəsində yerləşən və dəyəri 7 milyon manat olan, 1387 kvadrat metrlik qeyri-yaşayış sahəsini və K.Kərimov küçəsində dəyəri 5 milyon manat olan 117 kvadrat metrlik mülkü ələ keçirib.

 

 

Müraciətlə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7281
avatar

Nizam Rza

Oxşar yazılar