Bakıda “Mercedes”lə VAZ toqquşdu: 1 yaralı
20 yanvar 2016 22:37 (UTC +04:00)

Bakıda “Mercedes”lə VAZ toqquşdu: 1 yaralı

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, hadisə Sumqayıt şosesində qeydə alınıb.

 

Xırdalandan şəhərin mərkəzinə doğru gələn istiqamətdə “Mercedes” və VAZ-2106 markalı avtomobillər toqquşub.

 

Toqquşmadan sonra “Mercedes” yol ayırıcısına çırpılıb, daha sonra yolun əks istiqamətində təmir aparılan sahəyə düşüb. Qəza nəticəsində "Mercedes"in  sürücüsü Hüseynov Elmar Elşad oğlu ağır xəsarətlər alıb. Onun deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər yaralını xəstəxanaya çatdırıblar.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya “Mercedes”in sürücünün sürət həddini aşması və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145

Oxşar yazılar

Ağstafada canavar 27 qoyunu parçaladı

Ağstafada canavar 27 qoyunu parçaladı

25 aprel 2025 , 21:53
Sabirabadda qadını maşın vurub öldürdü -  VİDEO -YENİLƏNİB

Sabirabadda qadını maşın vurub öldürdü - VİDEO-YENİLƏNİB

25 aprel 2025 , 20:49
Bakıda küçədən meyit tapıldı

Bakıda küçədən meyit tapıldı

25 aprel 2025 , 19:33
Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub  gətirildi

Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi

25 aprel 2025 , 19:17
Oğuzda FACİƏ : 80 yaşlı qadın kanalda boğuldu

Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu

25 aprel 2025 , 18:45
“Oleq Bakinski” ev dustaqlığına  buraxılmadı

“Oleq Bakinski” ev dustaqlığına buraxılmadı

25 aprel 2025 , 18:17
Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

25 aprel 2025 , 18:10
Bakı bulvarında ÖLÜM

Bakı bulvarında ÖLÜM

25 aprel 2025 , 17:38