Bakıda “Hyundai” və “Zil” toqquşdu: ölən var
12 iyun 2015 01:01 (UTC +04:00)

Bakıda “Hyundai” və “Zil” toqquşdu: ölən var

0

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda “Hyundai” və “Zil” markalı iki yük avtomobili toqquşub. Nəticədə deformasiyaya uğramış “Hyundai” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Dədəlov Müşfiq Əlizadə oğlu aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə  yerində vəfat edib. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Dədəlovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar