Bakıda avtomobil qaçıran şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 27-də saat 15 radələrində paytaxtın Nizami rayonunun Ə.Kürçaylı küçəsindən Bakı şəhər sakini Rasim Babayevin idarə etdiyi “Hyundai” markalı avtomobil qaçırılıb.
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmmədbağır Bağırov tutulub.
Araşdırma aparılır.