Bakıda 18 yaşlı qız itkin düşüb.
Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, ötən gecə Bakı şəhər sakini Mübariz Kazımov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, qızı, 18 yaşlı Fidan Kazımlının noyabrın 4-də, saat 12.00 radələrində dərsə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Daxil olan məlumat əsasında polis tərəfindən F. Kazımlının axtarışlarına başlanılıb.