Bakıda 87 yaşlı qadının meyiti tapıldı
07 iyun 2019 18:26 (UTC +04:00)

Bakıda 87 yaşlı qadının meyiti tapıldı

Paytaxtın Nəsimi rayonunda mənzildə meyit aşkar olunub.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Fagimat Kalimulinanın meyitini aidiyyəti üzrə təhvil veriblər.​
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar