Bakının Nizami rayonunda zəhərlənmə olub.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Babək prospekti 65 ünvanında yerləşən dönərxanada qeydə alınıb.
Belə ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi xəstəxanaya müraciət edib. Onlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına, üçü isə 1 saylı Xəstəxanaya çatdırılıb.
Hazırda müalicələri davam edir.