Bakıda 5 kişi qadına qarşı quldurluq edib
25 sentyabr 2013 12:51 (UTC +04:00)

Bakıda 5 kişi qadına qarşı quldurluq edib

Bakıda quldurluq etmiş şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Şəlalə Hənifəyevaya qarşı zor tətbiq edib 370 manat pulunu, qızıl sırğa və sənədini almış şəxslər müəyyən edilib. Məlum olub ki, qadına qarşı quldurluq etmiş şəxslər Ələt qəsəbə sakinləri Əkrəm Qayibov, Elmin Məmmədov, Cavid Mehdizadə, Məhəmməd Şükürlü və Ceyhun Məmmədəlidir.

 

 

Adları qeyd edilən şəxslər tutulub. Faktla bağlı araşdırmalar aparılır.

 

# 3036
avatar

Oxşar yazılar