Bakının Suraxanı rayonunda yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.