Bakıda 31 yaşlı qadın özünü zəhərləyib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H.Zərdabi küçəsində yaşayan 1984-cü il təvəllüdlü Dadaşova Esmira Əvəz qızı özünü zəhərləyərək intihara cəhd edib. Yaxınları onu Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirib. Həkimlərin səyi nəticəsində 31 yaşlı qadının həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırmalar aparılır.