Bakıda 2 otaqlı evdə yanğın hadisəsi baş verib.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə,Yasamal rayonunda,vətəndaşa məxsus ümumi sahəsi 73 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 5 kv.m sahədə və 1 ədəd “JVC” markalı televizor yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.