Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 27-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rasim Xəlilov vurulub və o, hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oxşar hadisə Qaradağ rayonunun Sahil qəsəbəsində də baş verib. Mayın 27-də saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Saatlı rayon sakini Babək Rəhimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Vaqif Əzizovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.