Bakıda 2 nəfər xilas edilib
22 iyun 2015 18:19 (UTC +04:00)

Bakıda 2 nəfər xilas edilib

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirməsi ilə bağlı məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 14:59-də başa çatıb.

Bundan başqa Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Abşeron rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar