Bakıda gənc oğlan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, Arif İsmayılov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Zülfüqarov Amil Kamal oğlu yaşadığı ünvanda siçan dərmanı içərək zəhərlənib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.
A.Zülfüqarovun hansı şəraitdə, hansı məqsədlə siçan dərmanı içməsi dəqiq məlum deyil. Araşdırma aparılır.