Bakıda 26 yaşlı gənc bıçaqlandı
25 dekabr 2014 06:59 (UTC +04:00)

Bakıda 26 yaşlı gənc bıçaqlandı

APA-nın məlumatına görə, hadisə 1-ci mikrorayonda, Moskva prospektində qeydə alınıb. Binəqədi rayon sakini 26 yaşlı Röyal Abdullayev Qobustan qəsəbə sakini 21 yaşlı Gürzad Nəbiyev və daha bir tanışı ilə prospektdə yerləşən kafelərin birində yeyib-içiblər. İçki məclisi zamanı dostlar arasında mübahisə düşüb. G.Nəbiyev üzərində olan bıçaqla R.Abdullayevi vurub. Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Az sonra Gürzad Nəbiyev də bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

 

Həkimlər Gürzad Nəbiyev adını soruşanda o, özünü həkimlərə kriminal avtoritet kimi təqdim edib. Məlum olub ki, Gürzad dostunu bıçaqlayandan sonra nə etdiyini başa düşərək özünə xəsarət yetirib. Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar