Bu gün axşam saat 18:00 radələrində Xırdalan qəsəbəsi, Qalibiyyət küçəsində intihar hadisəsi qeydə alınıb.
Lent.az-ın bizimyol.info-a istinadən məlumatına görə, 20-25 yaşlarında, şəxsiyyəti müəyyənləşdirilməmiş gənc xanım özünü binanın yuxarı mərtəbəsindən ataraq intihar edib.
Hadisə şahidlərinin verdiyi məlumata görə Təcili Tibbi Yardımın əməkdaşları gənc xanıma yardım etmək istəsələr də cəhdləri baş tutmayıb. Gənc qadın hadisə yerində keçinib.
İntiharın baş vermə səbəbləri hələ ki, bəlli deyil.